Türkiyəli tanınmış aktyor donuz qripinə yoluxub.
Türkiyə mediasının xəbərinə görə, Azərbaycanda da çox baxılan "Paramparça" serialının baş rol ifaçısı Erkan Petekkaya bu barədə özü açıqlama verib. O bildirib ki, xəstəliyini ciddiyə almadığı üçün donuz qripinə yoluxub.
Həkimə gedərkən görüntülənən tanınmış aktyor bildirib ki, çəkiliş zamanı xəstələnib: "Ayaqüstə yola verməyə çalışdım, amma soyuq ciyərlərimə qədər enib. Müalicəm davam edir"./lent.az/
MediaFax