Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarovanın səhhətində problem yaranıb.
Bu barədə müğənni Kərim Abbasov məlumat verib. O, bir müddət öncə Mehriban Xanlarovanın ünvanına dediyi sözlərə görə, aktrisadan üzr istəyib:
"Mən 4 gün gün bundan qabaq bilmişəm ki, Əməkdar artist Mehriban Xanlarovanın səhhətində problem yaranıb. Əslində çox üzüldüm. Üzüldüm ki, bu insanla qalmaqal yaşamışam. Allah sizə şəfa versin. Əsəbiləşib dediyim sözlərə görə sizdən və sizin ailə üzvlərinizdən üzr istəyirəm. Əslində özümə yaraşdırmadım, gərək olmazdı. Amma əsəbi vaxtıma düşdü.”
Kərim Abbasov Mehriban Xanlarovanın səhhətinin qaydaya düşməsi ilə bağlı Allaha dua edəcəyini də vurğulayıb: "Həci xanım, sizə görə dua edəcəm. Allah sizə kömək olsun, heç kimin pis gününə sevinmirəm. Həyatdı, hamının başına gələr.”/aznews.az/
MediaFax