Türkiyənini tanınmış aktrisası Yasemin Allen ölkədən gedəcəyi haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Türkiyə mətbuatı xəbər verir ki, son olaraq "Dönərsə, sənindir” filmiylə tamaşaçı qarşısına çıxan aktrisa Türkiyədən təhsili üçün getdiyini bildirib: "Bəli, Los-Ancelesə gedəcəyəm. Aktyorluq təhsili almaq istəyirəm. Nə qədər qalacağım bəlli deyil. Ard-arda çox proyektdə rol aldım və yoruldum. Məqsədim istirahət etmək, yeni layihələrdə daha yaxşı performans sərgiləməkdir”.
Qeyd edək ki, Yasemin Allen Azərbaycan tamaşaçısına "Merhamet” serialından tanışdır./musavat.com/
MediaFax