Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbov aparıcı Rahib Azəriyə hədiyyə verib.
Aparıcı bu haqda "5/5" verilişində deyib.
O bildirib ki, hədiyyə barədə ötən gün səhər xəbər alıb:
"İyunun əvvəlində Naxçıvanda çəkiliş etdik. Ora ilə bağlı 5 hissədən ibarət veriliş hazırlamışdıq. Səhər Naxçıvanın daimi nümayəndəliyindən zəng etdilər ki, mükafatlandırılmısınız və məni ora çağırdılar. Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun şəxsi hədiyyəsini mənə təqdim etdilər".
R.Azəri aparıcının "Hədiyyə nə idi" sualına "Bu barədə tarix susur" deyərək, mükafatını gizli saxlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. R.Azəri "əməkdar mədəniyyət işçisi" adına layiq görülüb./axşam.az/
MediaFax