Taliban hücum etdi - 27 nəfər itirdi

Taliban terrorçuları Əfqanıstanın cənubundakı Qəndəhar vilayətinin Meyvənd rayonunda polis idarəsinə hücum edib.

Yaranan qarşıdurmada 16 polis əməkdaşı həlak olub.

Qəndəhar Polis İdarəsinin rəisi Ziya Durani Anadolu agentliyinə açıqlamasında hücumun 4 qoldan təşkil edildiyini deyib.

Durani 27 terrorçunun öldürüldüyünü bildirib.

Öldürülən Taliban üzvləri arasında əcnəbilər də olub./axar.az/

MediaFax