Tacikistan prezidenti ordunu gücləndirir

Tacikistan prezidenti Emomali Rahmon güc strukturlarının rəhbərlərinə ölkənin müdafiə qabiliyyətinin artırılması barədə göstəriş verib.
 
Bu barədə informasiyanı Tacikistan prezidentinin mətbuat xidməti yayıb. Güc strukturlarının rəhbərləri ilə görüşən Rahmon onlara yeni təhdidlərə qarşı daima hazır olmağı tapşırıb.

Qeyd edək ki, Tacikistan Mərkəzi Asiyanın ən çox təhdid olunan bölgəsi sayılır. Belə ki, ölkənin Əfqanıstanla sərhəd olması və burada son günlər terrorçuların güclənməsi rəsmi Düşənbə üçün problemlər yaradıb. Artıq Rusiya Tacikistandakı hərbi bazalarını gücləndirib. Üstəlik, bəzi ekspertlər Mərkəzi Asiyada destabilizasiyanın Tacikistan vasitəsilə yaranacağını düşünürlər./axar.az/

MediaFax