Bakıda dostları ilə əyləşən şəxs söyüş söydüyünə görə döyülüb.
Hadisə Nəsimi rayonu ərazisində yerləşən çayxanada baş verib.
Belə ki, dostları ilə birgə masa arxasında əyləşən 1978-ci il təvəllüdlü Sadıqov Anar Həbib oğlu yüksək səslə söyüş söyüb. Digər masada olan şəxslərdən biri onun hərəkətinə irad bildirib. Nəticədə tərəflər arasında dava düşüb və A.Sadıqov döyülüb. O, ağır bədən xəsarətləri alıb.
A.Sadıqov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./report.az/
MediaFax