Şəmkirdə yük maşını yanıb.
Hadisə bu gün axşam saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib.
Qazax rayon sakini 57 yaşlı Namaz Namazov idarə etdiyi "İVECO” markalı iri tonnajlı yük avtomobili ilə Qazax rayonundan Şəki şəhərinə sement aparan zaman maşının salonu alışıb. Tək olan sürücü alovun motor hissəsindən qaynaqlandığını görərək tez maşını tərk edib.
Hadisə yerinə Şəmkir Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülsə də, yük maşınına ciddi ziyan dəyib./ARB TV/
MediaFax