Suriyalı operator Amerikaya buraxılmadı

"Oskar” mükafatına namizəd olan "Ağ dəbilqələr” filminin operatoru Xalid Xatibə ABŞ imiqrasiya hakimiyyəti tərəfindən Amerikaya gəlməsinə icazə verilməyib.
 
Bu haqda Associated Press məlumat yayıb.

İstiPress xəbər verir ki, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi son dəqiqədə Xatibin ABŞ-a daxil olmasına rədd cavabı verib. Operator İstanbuldan "Turkish Airlines” hava yollarının təyyarəsi ilə mərasimin keçiriləcəyi Los-Ancelesə gəlməli idi.

Lakin operatorun suriyalı olması üzündən belə qərar verildiyi deyilir.

40 dəqiqəlik "Ağ dəbilqələr” adlı film Suriyadakı müharibədən söhbət açır. Ekran işi "Ən yaxşı qısametrajlı sənədli film” kateqoriyasında "Oskar” mükafatına namizəddir.

MediaFax