Suriyada yeni silahlarımızı sınaqdan keçirdik - Şoyqu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvanın Suriyada apardığı hərbi kampaniyadan razılığını ifadə edib.
 
O, bu kampaniyanın yeni silah və özəl hərbi birləşmələrin sınaqdan çıxarılması üçün yaxşı sınaq olduğunu bildirib. Fevralın 22-də Rusiya parlamentinin aşağı palatasında - Dumadaçıxış edən müdafiə nazirinin sözlərinə görə, Suriyada 162 yeni silah sistemi sınaqdan çıxarılıb və bunun "yalnız onu” gözlənilən nəticəni verməyib.

Şoyqu Dövlət Dumasında deyib ki, 2015-ci ilin sentyabrından bəri Suriyada prezident Bashar al-Assadhökumətinə dəstək üçün başladılan hava zərbələri kampaniysında 1760 hərbi uçuş gerçəkləşdirilib. Nazir Rusiya hərbi təyyarəçilərinin "təxminən 90 faizi”nin Suriyada döyüş təcribəsi qazandığını bildirib.

Qərb hökumətləri rusların hava hücumları kampaniyasını pisləmiş, bunun İŞİD döyüşçülərindən daha çox, müxalif qüvvələrə qarşı yönəldiyini vurğulamışdılar. Onlar bu hava zərbələrinin dinc əhali arasında önəmli dərəcədə itkilərə səbəb olduğunu da söyləmişdilər. 300 min adamın öldürüldüyü və bundan daha çox insanın ev-eşiyindən didərgin düşdüyü altıillik Suriya savaşı gedişində Rusiya Əsəd hökumətinə həlledici hərbi və diplomatik dəstək verib.

Rusiyanın hava zərbələri kampaniyası münaqişənin gedişində Əsədin xeyrinə dönüş yaratmağa kömək edib. Bunadək onun qüvvələri güclütəzyiq altında idi və əllərində olan əraziləri itirməkdə davam edirdilər.

Şoyqu Aralıq dənizinin şərq hissəsində Rusiyanın "Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinin də üzərinə düşən missiyanı uğurla yerinə yetirdiyini deyib. Həmin dəniz reydində iki qırıcı təyyarə itirilsə də, nazir bu təcrübənin gələcəkdə "səhv”lərdən qaçmağa kömək edəcəyini vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın xüsusi hərbi qüvvələri münaqişənin gedişində "terrorçoların məhv edilməsində, vacib düşmən obyektlətinin dağıdılmasında və hava zərbələrinin yönəldilməsində öz effektivliyini hamıya göstərib”.

Rusiyanın Suriyadakı hərbi qüvvələrinin dəqiq sayı açıqlanmasa da, ekspertlər bu rəqəmin 4 min civarında olduğunu güman edirlər. Suriya savaşı Sovet İttifaqıının 1979-88-ci illərdə Əfqanıstanda apardığı müharibədən sonra Moskvanın ən böyük xarici hərbi kampaniyası sayılır.Şoyqu  verilən itkilər barədə danışmayıb./virtualaz.org/

MediaFax