Səhərlər işə gecikən sürücülər maşını həyətdən çıxarmaq üçün onun yolunu kəsən avtomobilin sahibini axtarmalı olurlar.
Amma Sumqayıtın 5-ci məhəlləsində binaların birinin qarşısında sakinlər bu problemin həlli yolunu tapıblar.
Belə ki, burada qeyri-adi parklama zolağı salınıb.
Binada yaşayanların hər birinin avtomobilinin nömrəsinə uyğun olaraq yer ayrılıb, yəni asfaltda maşınların nömrəsi yazılıb. Üstəlik, "qonaq üçün" də yer ayrılıb. Həyətə qonaq gəldiyi təqdirdə avtomobilini harada saxlayacağını bilir. Beləliklə avtomobillərin biri digərinə mane olmur və həyətdə səliqəli mühit yaranıb.
Belə nümunəvi həyətlər başqa ərazilərdə də olsa avtomobillərin parklaması ilə bağlı problemlər qismən aradan qalxmış olar./ARB/
MediaFax