Almaniya Sosial-Demokrat Partiyasının rəhbərliyi Avropa Parlamentinin eks-sədri Martin Şultsun Almaniya kansleri postuna namizədliyinə dair yekdilliklə qərar qəbul edib.
"Spiegel” nəşrinin verdiyi məlumata görə, Şultsun namizədliyini partiyanın lideri Ziqmar Qabriel təklif edib.
Qeyd olunur ki, M. Şultsun bu vəzifəyə rəsmi cəhətdən təsdiqi partiyanın martda keçiriləcək fövqəladə iclasında baş tutacaq./qafqazinfo.az/
MediaFax