Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən 1982-ci il təvəllüdlü Eminov Fərman Kazım oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə F. Eminovun anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 17-nə təyin edilib.
Qeyd edək ki, qonşular suya görə dava edib. Belə ki, 1980-ci il təvəllüdlü Elməddin Əmənov qonşuluqda yaşayan Fərman Eminovun həyətinə gedən su borusunu kəsib. Suyun kəsildiyini görən Fərman qonşusu ilə dava edib və münaqişə zəminində onu öldürüb.
Hadisəni törədən Fərman Eminov 3, qətlə yetirilən Elməddin Əmənov isə 2 uşaq atasıdır./femida.az/
MediaFax