Stallone Trampa “yox” dedi

Əfsanəvi aktyor Silvester Stallone ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın təklifini rədd edib.

Amerikalı lider aktyordan Milli İncəsənət Fonduna rəhbərlik etməsini istəyib. Stallone isə bu təklifi qəbul etməyib. Təklifdən çox məmnun olduğunu deyən 70 yaşlı aktyor bildirib ki, ictimai fəaliyyətlə məşğul olmağa üstünlük verir. O, "Hesab edirəm ki, ictimai diqqəti vətənə qayıdan hərbçilərin yaşayış şəraitinə, onlara ayrılacaq maliyyə dəstəyinə yönəltməklə daha faydalı ola bilərəm”,-deyib./qafqazinfo.az/

MediaFax