Stadionda faciə yaşandı - 17 ölü, 19 yaralı

Anqolada keçirilən futbol qarşılaşmasında faciə olub.

"Qafqazinfo” xəbər verir ki, "Santa Rita” və "Rekreativo” komandalarının oyunundan əvvəl xoşagəlməz hadisələr baş verib. Belə ki, Anqolanın şimalındakı Uje şəhərində keçirilən matçdan öncə azarkeşlər stadionun darvazasını aşmaq üçün hücum ediblər. Nəticədə faciə yaşanıb.

Hadisə nəticəsində 17 nəfər həyatını itirib. Daha 59 azarkeş isə xəsarət alıb. Yaralılardan bir neçəsinin durumunun ağır olduğu bildirilir.

Baş verən faciəyə baxmayaraq oyun keçirilib və qonaq komandanın 0:1 hesablı qələbəsi ilə başa çatıb.

MediaFax