Rusiyanın müdafiə naziri Sergey Şoyqu Britaniyanın müdafiə naziri Maykl Fellona sərt cavab verib.
Maykl Fellon son vaxtlar Rusiyanın Liviyada general Halif Haftarı dəstəkləməsini və onu silahlandırmasını nəzərdə tutaraq "Qərb ayının pəncəsini Liviyaya batırmasına imkan verməməlidir” deyib. Şoyqu isə cavab olaraq bildirib ki, hələ zooparkda ayıya göstəriş vermək cəsarətində olan heyvan yetişməyib.
"Onların gerbində nə var, şir, elə deyilmi? Belə köhnə atalar məsəli var: bütün şirlər pişikdir, ancaq pişiklərin hamısı şir deyil. Qoy hərə öz işi ilə məşğul olsun. Və biz hesab etmirik ki, onların zooparkında ayıya göstəriş verə biləcək vəhşi yetişib” - deyə Şoyqu MQİMO tələbələrinin sualına cavab olaraq ironiya ilə bildirib./virtualaz.org/
MediaFax