Şou əhlinin vergi yalanlarının üstü necə açıldı?

Onlarla müğənnini yalan vergi bəyənnaməsinə görə cəza gözləyir

Vergilər Nazirliyi onlarla şou əhlinin yalanını ifşa edib. 

Bu barədə saytımızı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, nazirliyə vergi bəyannaməsi verən və həmin bəyannamədə öz gəlirini bir neçə dəfə kiçildən müğənnilərin yalanı şadlıq evlərindəki qeydiyyat dəftərlərinin təftişi zamanı üzə çıxıb. Belə ki, şou əhlinin verdiyi hesabatla şadlıq evləri və restoranlardakı qeydiyyat dəftərlərini müqayisə edən nazirlik, rəqəmlər arasında ciddi uyğunsuzluq aşkarlayıb. 

Belə ki, bəzi müğənnilər şadlıq evlərindəki qeyd dəftərinə dəvət aldıqları toy məclisinin qiymətini bir cür, vergi bəyannaməsində isə ondan bir xeyli az göstərib ki, bu da vergi orqanını aldatmaq cəhdi kimi qiymətləndirilib. Başqa sözlə desək, şou əhli özü-özünü işə salıb. 

Mənbənin sözlərinə görə, nazirlik vergi orqanını aldatmağa cəhd edən şou nümayəndələrinin siyahısını tərtib edib ki, onları yalan informasiyaya görə cəza gözləyir./politika.az/

MediaFax