Sosial evlər kimlərə veriləcək? - Şərtlər açıqlandı

Güzəştlə mənzil əldə etmək hüququna malik olanlar sırasına müəyyən edilmiş kateqoriyalar üzrə gənc ailənin üzvü olan şəxslər də daxildir.

Bu barədə məlumat Mənzil İnşaatı Dövlət Agentliyinin ( MİDA) mətbuat xidmətindən verilib.

"Gənclər siyasəti haqqında” qanuna əsasən, gənc ailə dedikdə yaşı 16-dan 35-dək olan gənclərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn nəzərdə tutulur.

Yəni bu kateqoriyaya daxil olan gənc ailələr güzəştli sosial ev almaq hüququna malik olacaqlar./qaynarinfo.az/

MediaFax