Soros qaçqınlara yarım milyard dollar ayırdı

Amerikalı milyarder Corc Soros qaçqınlara yardım üçün 500 milyon dollar ayıracaq.
 
Bu sözlər Corc Sorosun "Vol Strit Jurnal” qəzetindəki məqaləsində yer alıb. Onun sözlərinə görə, qaçqınları qəbul edən ölkələrin hökumətləri həmin şəxslərin inteqrasiyası ilə bağlı effektiv siyasət hazırlaya bilməyiblər:
 
"Bu, qeyri-stabilliyə və insan əzablarına səbəb oldu. Hökumətlər miqrant böhranının həllində əsas rol oynamalıdırlar. Mən "startap”lara, sosial təşəbbüslərə, qaçqınların özlərinin əsaslarını qoyduqları şirkətlərə pul ayıracağam”./axar.az/

MediaFax