Son beş gündə düşmən 30 nəfərə yaxın itki verib - MN

Uzun sürən sükutdan sonra Ermənistan Müdafiə Nazirliyi nəhayət ki, guya fevralın 28-də mühəndis işləri aparılarkən partladıcının detonasiya etməsi nəticəsində hərbi qulluqçularının yaralanması və onların Yerevandakı hərbi hospitala yerləşdirilməsi barədə qısa, heç bir rəqəm açıqlamadan bəsit məlumat yayıb.
 
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cəbhədəki real vəziyyətdən tamamilə uzaq, bu cür qeyri-obyektiv xəbərlər verməklə Ermənistanın hərbi qurumu ictimaiyyətin qəzəbindən yaxasını qurtarmağa cəhd göstərir.
 
Fevralın 25-dən martın 2-si tarixi də daxil olmaqla Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, qoşunlarımız tərəfindən müxtəlif istiqamətlərdə düşmənə qarşı görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin itkiləri ölən və yaralananlarla birlikdə 30 nəfərə yaxındır.

MediaFax