Dünyanın ən ləzzətli şokolad markalarının sahibi olan Mondelez İnternational şirkəti işçi axtarır.
Bu iş elanı digər işlərdən fərqlənir.
Belə ki, Cadbury, Oreo, Milks və Prince kimi şokolad markalarını özündə birləşdirən şirkət şokoladların dadına baxmaq üçün işçi axtarır. İndependent qəzetində yayımlanan bu iş elanı şokolad sevənlər üçün mükəmməl bir fürsət kimi dəyərləndirilib. İşçinin vəzifəsinin adı isə şokolad dequstatorudur.
Şokolad dequstatorunun görəcəyi işlər barədə qəzetdə qısa məlumatlar da verilib.
Onlar şirkətin sahib olduğu markalardakı yeni çıxacaq olan şokoladların necə inkişaf etdirilməsi haqqında fikirlər verəcəklər. Bunun sayəsində şirkət yeni məhsulların dünyaya yayılmasına nail olacaq.
Elanla bağlı müraciət edib qəbul edilən işçilər İngiltərənin Reading əyalətində, Mondelez şirkətinin binasında çərşənbə və cümə axşamı günləri yarım ştat cədvəli üzrə - 12:15 və 14:45 saatlarında işləyəcək.
Bu işə qəbul olunmaq üçün isə qoyulan şərtlər bunlardır: şirniyyatı sevmək, düşüncələrini açıq və dürüst ifadə edə bilmək, yaradıcı, yeni məhsulları sınamağa həvəsli olmaq./bakipost.az/