Fransanın "cihadçı"lara göndərdiyi raketlər Suriya Ordusunun əlinə keçdi.
Mediafax.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriya Ordusu Hama şəhərinin şimalında "cihadçı"ların gizli silah-sursat anbarını ələ geçirib. Anbarda yüzlərlə Fransız istehsalı olan raket və minaatanlar tapılıb.
Hama şəhərinin şimalında və şiələrin yaşadığı Maan qəsəbəsi yaxınlığında olan sursat anbarında Fransaya aid 45 ədəd 68 mm-lik SNEB tipli raket aşkarlanıb. Raketlərlə bərabər anbarda yüzlərlə 81 mm-lik minaatanlar da ələ keçirilib.
Maan qəsəbəsi bir neçə ay əvvəl çeçen "cihadçı"ların əlinə keçmişdi. Lakin Suriya ordusunun əks-hücumu ilə "cihadçı"lar bölgədən qaçmış, geridə isə tonlarla sursat buraxmışdılar.
MediaFax