ŞOK BƏYANAT: Səlahəddin Dəmirtaş və 11 deputat edam oluna bilər - Baxçəli də razıdır

Baxçəlidən HDP əməliyyatına dəstək – "Hökumətə edam məsələsində də dəstək verəcəyik”

Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçəli hökumətin HDP-dən olan deputatlara qarşı başlatdığı əməliyyata dəstək verib.
 

Avropa.info xəbər verir ki, Baxçəli  prezident Ərdoğanla görüşdən sonra, MHP-nin idarə heyəti ilə görüş keçirib. MHP sədri hökumətə edam məsələsində də dəstək verəcəyini deyib.

"Biz MHP-nin olaraq  HDP-nin PKK ilə əlaqəsini həmişə ifadə etdik. Bu vətənə kim xəyanət edirsə və terroru dəstəkləyirsə, bunun məhkəmədə hesabını verməlidirlər, layiq  olduqları cəzanı almalıdırlar. Hökumətin parlamentə gətirəcəyi edam qanununa da dəstək verəcəyik. Bizim bu mövzudakı xəttimizdə heç bir dəyişiklik yoxdur” deyə Baxçəli qeyd edib.

MediaFax