Şirməmməd Hüseynov 92 yaşında

Azərbaycan mətbuatının ağsaqqalı, Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynovun ad günüdür.

Jurnalistin 92 yaşı tamam olur.

Şirməmməd Hüseynov saytımıza açıqlamasında bu günün onun üçün böyük bayram olduğunu deyib: 

"Özümə söz vermişdim ki, ad günümə kimi "Azərbaycan Cümhuriyyət tarixi” adlı kitabımın 3-cü cildini başa çatdırım. İki gün öncə kitabda işlər tamamlandı. Hazırda cümhuriyyətin yüz illiyinə hazırlaşıram. Ən böyük arzum bu bayramı qeyd etməkdir.”

Şirməmməd Hüseynov səhhətinin qaydasında olduğunu qeyd edib: "Heç bir problemim yoxdur. İnanıram ki, o bayramda çıxışım da olacaq.”

Jurnalist doğum günü ilə əlaqədar onu təbrik edənlərə təşəkkürünü bildirib: "Sağ olsunlar, məni yada salan şəxslərin hamısına təşəkkür edirəm. Axşam bütün ailə-qızlarım, nəvə-nəticələrimlə birlikdə mənim doğum günümü qeyd edəcəyik. Şükür Allaha ki, nəticələrimlə birlikdəyəm.”/aznews.az/

MediaFax