Şirkət rəhbərindən maraqlı qərar

"SpaceX” və "Tesla Motors” şirkətlərinin yaradıcısı İlon Mask gələn aydan etibarən ofisindən Los-Ancelesin aeroportuna kimi tunel çəkdirmək fikrindədir.

Bu barədə onun özü "Twitter”də məlumat verib.

Qeyd edək ki, Mask öz layihəsi barədə 2016-cı ilin dekabr ayının sonlarında bəyan etmişdi. O, şəhərdə avtomobillərin sürətindən və tıxaclardan şikayət edərək bu qərara gəldiyini demişdi. Bir çoxları bunu zarafat kimi qəbul etsə də, sonradan "SpaceX” yaradıcısı öz fikrini təsdiqliyib.

Mask əvvəllər də yeraltı yol və tunellərin faydasından danışmışdı.

Bununla belə, plana həyata keçirmək bir az çətin olacaq. Tunel hazırlamaq prosesi özü çox uzundur, işə başlamazdan əvvəl isə hökumətdən çoxlu icazələr almaq lazımdır./fins.az/

MediaFax