Azərbaycan prezidenti İlham Əliyev "Tütün və tütün məmulatı haqqında” qanuna edilmiş dəyişiklikləri təsdiqləyib.
Qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının və alışqanlarının reklamı qadağandır.
Qanuna əlavə edilən 20.3-cü maddədə isə qeyd olunur ki, tütün və tütün məmulatının istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.
MediaFax