Şimali Koreyanın buraxdığı raket 500 km uçaraq, Yapon dənizinə düşüb.
"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya hərbi komandanlığından bildirilib.
"Buraxılan raketin orta mənzilli "Musudan” və ya kiçik mənzilli "Nordon” tipli raket olduğu ehtimal olunur”, - deyə mənbə bildirib.
Raket Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan yerli vaxtla saat 07.55-də buraxılıb (Bakı vaxtı ilə 02.55-də). Raketin uçuş trayektoriyası hələlik müəyyənləşməyib./APA/
MediaFax