Malayziya Şimali Koreya liderinin qardaşı Kim Çen Namın ölümü ilə bağlı qalmaqalın fonunda bu ölkənin diplomatik nümayəndəliyinin bağlanacağını istisna etmir.
Bu barədə Reuters agentliyi yüksəkvəzifəli mənbəsinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, buna səbəb Şimali Koreya səfirinin açıqlaması olub.
Həmin açıqlama Malayziyada mənfi reaksiyaya səbəb olub. Cavab olaraq bu ölkənin Malayziyadakı səfirliyinin bağlanılması nəzərdə tutulub. Səfirliyin bağlanılmasına alternativ olaraq isə səfirin "persona non-grata” elan edilməsi və ya bu ölkə ilə vizasız gediş-gəlişin ləğvi düşünülüb.
Xatırladaq ki, daha əvvəl Şimli Koreyanın Malayziyadakı səfiri bildirmişdi ki, prezidentin qardaşı Kim Çen Namın ölümü ancaq Cənubi Koreyaya sərf edir. O, həmçinin qətlin Şimali Koreya və Malayziya tərəfindən birgə araşdırılmasını təklif etmişdi. Malayziya isə tələbi rədd etmişdi. Səfir isə cavab olaraq yerli polisin araşdırmasına etibar etmədiyini demişdi./qafqazinfo.az/