Şimali Koreya XİN-i başda Barak Obama olmaqla ABŞ hökumətini "qanunsuz banditlər dəstəsi” adlandırıb.
Nazirlik bu açıqlamanı ABŞ dövlət katibi Con Kerrinin KXDR rejiminin qeyri-legitimliyi ilə bağlı açıqlamasına cavab olaraq deyib.
"Kerri daxil olmaqla Obamanın çevrəsi qanunsuz banditlər dəstəsidir. Belə ki, onlar narazı qaldıqları suveren dövlətlərin hökumətlərini güc yolu ilə devirirlər. Onlar dünyanın müxtəlif yerlərində on minlərlə günahsız insanı məhv ediblər” – Şimali Koreya XİN-nin bəyanatında belə deyilir.
Koreyalılar bildirib ki, ABŞ-ın KXDR-ə "qeyri-legitim rejim” yarlığı vurma cəhdləri nəticəsizdir. Belə ki, onlar güclü dövlət olaraq qalırlar.
Daha əvvəl Pxenyan bildirmişdi ki, Vaşinqton yeni sanksiyalar daxil edərək, Şimali Koreyanı beynəlxalq idman turnirlərində, o cümlədən Olimpiya oyunlarında iştirakdan məhrum etmək istəyir./avropa.info/
MediaFax