Siçan evi partlatdı

Türkiyənin Aydın bölgəsində evdə partlayış baş verib.

Türkiyə KİV-ləri xəbər verir ki, həyat yoldaşına səhər yeməyi hazırlamaq üçün tezdən oyanan Leyla Ertaş qazı yandırmaq istədikdə evdə partlayış baş verib.
 
Evin divarları tamamilə uçub. Partlayışdan sonra baş verən yanğında 3 ildir ki, ailə həyatı quran Leyla Ertaş (21) və Hasan Ertaş (24) 1 yaşlı övladı ilə faciləli şəkildə yanıb. Hamilə olduğu deyilən qadın övladı ilə birlikdə yanğından çıxarılaraq xəstəxanaya çatdırılıb. Vəziyyətləri ağır olan cütlük İstanbuldakı xəstəxanaya aparılıb.Yıxılan divarların altından anası yanan 8 ədəd balaca it balaları da çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Ailə faciəsinə səbəb isə mətbəxdə istifadə olunan qaz balonunun şlanqının siçanlar tərəfindən gəmirilməsi olub. Qaz sızdığından evdə partlayış baş verib./aznews.az/

MediaFax