"Alihan" kimi tanınan Ali Kızıltepe Sibel Cana qarşı açdığı məhkəməni udub.
Türkiyə mətbuatının məlumatına görə, o, S.Canın oxuduğu "Kış masalı" mahnısının musiqisinin onun "Bu kadın neden ağlıyor" mahnısından oğurlandığını iddia etmişdi.
İki ildir davam edən məhkəmə son qərarı açıqlayaraq "Hər iki əsərdə əsas fon və melodiyanın kiçik notlar xaricində eyni olduğunu" təsdiqləmişdir. Sibel qarşı tərəfə 50 min lirə (təxminən 25 min manat) ödəməli olacaq./axşam.az/
MediaFax