İtaliyada "8 Mart-Beynəlxalq Qadınlar Günü" ərəfəsində bir şəxs öz xanımına böyrəyini hədiyyə edib.
52 yaşlı Turin sakini genetik xəstəlikdən əziyyət çəkən 44 yaşlı qadına donor olub.
Məlumatda qeyd olunur ki, həkimlər iki ay əvvəl qadının böyrəyində sağalmaz xəstəlik aşkar edib. Keçirilən analizlərdən sonra həmin kişinin qadına donor ola biləcəyi məlum olub.
Əməliyyat uğurla həyata keçirilib.
Həkimlər kişinin bu addımını 8 mart bayramı ilə əlaqədar jest adlandırıb./trend.az/
MediaFax