Bu gün Azərbaycanda daha bir intihar hadisəsi baş verib.
Biləsuvar rayonu, Əsgərabad kənd sakini, 1985-ci il təvəllüdlü Elşən Möhübbət oğlu Nəciyev özünü asıb.
Hazırda mərhumun meyiti ekspertizaya göndərilib.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb.
E. Nəciyevin intihar etməsinin səbəbləri araşdırılır./qafqazinfo.az/
X X X
Biləsuvar rayonunun Əsgərabad kəndində 32 yaşlı gəncin intiharının bəzi təfərrüatları məlum olub.
Əsgərabad kənd sakinlərinin saytımıza verdiyi məlumata görə, Elşən Nəciyev özünü dayısına məxsus evdə asıb:
"Onun dayısı şəhərdə yaşayırdı. Dayısı öz evini Elşənə verib ki, orda qalsın, həm də nəzarət eləsin. Səhhətində heç bir problem yox idi. Ailə təsərrüfatla məşğul olub. Mal-qara saxlayıblar, öz əllərinin zəhməti ilə dolanırlar. Elşən də işləyib ailəsinə kömək edirdi”.
Kənd sakinləri deyir ki, Elşən Nəciyevin kəndə istədiyi qız olub: "Ailə qurmaq istəyib, qıza elçi göndərib, verməyiblər. Deyirlər ki, o, buna görə intihar edib”.
Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Elşən Möhübbət oğlu Nəciyev yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./aznews.az/
MediaFax