Sevda zövq baxımından büdrəyir - Tanınmış stilist

Stilist Anar Ağakişiyev zövqsüz geyinən müğənnilərin adını açıqlayıb.

Telekanallardan birinin qonağı olan Anar Ağakişiyev Aşıq Telli ilə Şəbnəm Tovuzlunu zövqsüz geyinən sənət adamları hesab edir:

"Düşünməsinlər ki, onların şəxsiyyətini təhqir edirəm. Söhbət zövq və geyimdən gedir. Biri, elə mənim həmyerlim Telli Borçalı. O, zövqlü geyinənə qədər onun adını çəkəcəm. Daş-qaş taxır. Mahnısını xoşladığım və xaricdə dinlənilən Şəbnəm Tovuzlunun geyimini bəyənmirəm”.

Stilist Elnarə və Natavanı neytral geyinənlərin siyahısına əlavə edib: 

"Sevda və Günay zövq baxımından büdrəyir, adi insanlardan fərqlənmir”./aznews.az/

MediaFax