Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket zərbələri endirilib.
Yerli "Əl-Masdar” nəşri xəbər verir ki, "Borkan-1” raketi şəhərin qərbində yerləşən Mazakimya hərbi bazasını məhv edib. Həlak olanlar bağlı məlumat yoxdur.
Səudiyyə Ərəbistanı rəhbərliyi xəbəri təkzib edərək yaranan tüstünün zəlzələ və ya meteorit düşməsi ilə bağlı olduğunu açıqlayıb. Bəzi məlumatlara görə, Səuddiyə Ərəbistanında fövqaladə hal elan edilib. Yerli üsyançı hüsilər raketin keçmiş prezident Əli Abdullah Salehə sadiq yəmən hərbçiləri tərəfindən atıldığını bəyan ediblər.
Xatırladaq ki, bu, Səudiyyə Ərəbistanına atılan ilk bomba deyil. 2016-cı ilin sentyabr ayında elə eyni raket, "Borkan-1” ölkənin cənub-qərbində yerləşən Taif şəhərini məhv etmişdi. Zərbəni həyata keçirən hüsilər bundan sonrakı hədəfin Ər-Riyad olduğunu açıqlamışdılar.
Səudiyyə Ərəbistanı Yəməndə Əbd Rabbo Mansur Hadini hakimiyyətə gətirməyə çalışan koalisiyaya başçılıq edir. Bu koalisiyaya ordunun keçmiş prezident Əli Abdullah Salehə sadiq olan bir hissəsi və "Ənsar Allah” şiə hərəkatının üzvləri olan hüsilər müqavimət göstərir. Bundan başqa, ölkədə İŞİD və Əl-Qaidə terror təşkilatları da fəaliyyət göstərir./aznews.az/
MediaFax