Səudiyyə xüsusi təyinatlılarını Suriyaya göndərə bilər

İŞİD-lə mübarizə üçün Suriyaya xüsusi təyinatlılarımızı göndərməyə hazırıq.

Bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Cübeyr söyləyib.

"Səudiyyə Ərəbistanı və Körfəz ölkələri ABŞ-ın yanında yer almağa hazırdırlar. Bundan əlavə, bəzi İslam koalisiyası üzvləri də Suriyaya ordu göndərməyə razılıq veriblər”, – o bildirib.

Qeyd edək ki, bu gün Türkiyə ordusu və ASO qüvvələri Əl Babı İŞİD terrorçularından tam azad edib./axar.az/

MediaFax