Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Cübeyr İraqa səfər edib.
Səudiyyə rəsmisi baş nazir Heydər Abadi və həmkarı İbrahim Cəfəri ilə görüşüb.
Tərəflərin müzakirə etdiyi başlıca mövzunun terrora qarşı ortaq mübarizə olduğu bildirilib.
Qeyd edək ki, Cübeyr ABŞ-ın 2003-cü ildə İraqı işğalından sonra bu ölkəyə səfər edən ilk Səudiyyə rəsmidir./axar.az/
MediaFax