Sərnişindaşımada yeni cərimələr - Məbləğ

Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsinə görə cəza tətbiq edilir.
 
Modern.az-ın xəbərinə görə, məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi müzakirə edilib.

Dəyişiklik layihəsinə əsasən, qeyri-müntəzəm sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsinə və qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsinə görə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir. 

MediaFax