Sərnişin avtobusu yük maşını ilə toqquşdu, ölənlər var - Bakı yolunda

Bakıdan Qəbələ istiqamətində hərəkət edən sərnişin avtobusu İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb.

Hadisə şahidlərinin sözlərinə görə, sərnişin avtobusu yük maşını ilə toqquşub. 

İlkin məlumatlara görə, 2 nəfər hadisə yerində keçinib. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir./azvision.az/

MediaFax