Avtobus qəzada aşdı, keçmiş deputatın qardaşı xəsarət aldı - Fotolar

Quba rayonunda Əzizbəyov və Əliqulu Nərimanov küçələrin kəsişməsində ağır qəza baş verib.
 
Bu haqda Milli.Az-a daimi oxucu Hikmət Musayev xəbər verib. "Hyundai" markalı sərnişin avtobusu ilə "Opel" markalı maşının toqquşması nəticəsində avtobus aşıb. Qəza nəticəsində xəsarət alanların olması barədə məlumat yoxdu.
 
X X X

"Report" xəbər verir ki, hadisə şəhərin Əliqulu Nərimanov və Əzizbəyov küçələrinin kəsişməsindəki işıqforda baş verib. Belə ki, "Opel” markalı, 99 EU 568 dövlət qeydiyyat nişanlı avtomobillə "Hyundai” markalı, 50 CM 558 dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.

"Opel”in sürücüsü Valeh Saleh oğlu Osmanov yünügl xəsarət alıb və Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mikroavtobusun sürücüsü Anar Ağalı oğlu Şeydayev isə xəsarət almayıb. Hər iki şəxs Quba şəhər sakinidir.

Qeyd edək ki, Valeh Osmanov Milli Məclisin sabiq deputatı Hikmət Osmanovun qardaşıdır.
 




MediaFax