Ermənistanın sabiq baş naziri Ovik Abramyanın ardınca onun yaxın və uzaq qohumları və həmyerliləri də hakim Ermənistan Respublikaçılar Partiyasının sıralarını tərk etməyə başlayıblar.
Hələlik 13 nəfərin, o cümlədən, sabiq baş nazirin qardaşı Qenrix Abramyan, qohumları - hakim partiyanın Ararat ərazi bölməsinin sədri, millət vəkili Karine Poğosyan, Artaşat şəhərinin vitse-meri Qaqik Poğosyan, Ararat vilayətinin qubernatoru Rubik Abramyan, onun iki köməkçisi və sürücüsü, vilayət və şəhər administrasiya əməkdaşlarının adları məlumdur.
Cümə axşamı hakim partiyanın təşkilat komitəsinin rəhbəri Ruben Tadevosyan isə Hovik Abrahamyanın doğma Mxçyan və Ararat vilayətinin daha iki - Banavan və Nşanavan - kənd başçılarının hakim partiyadan çıxmaq üçün ərizə vediyini bildirib.
Təhlilçilər baş nazirin yaxşı təşkilatçı olaraq bütün seçkilərdə Serj Sarkisyanın qələbəsi üçün ölkədə və xüsusilə, böyük nüfuz sahibi olduğu doğma Ararat vilayəti üzrə səs təmin edib. Ehtimal olunur ki, buna görə də aprel ayında gözlənilən parlament seçkilərindən qabaq sabiq baş nazirin hakim partiyanı tərk edənlərin yerinə həmyerliləri təyin edilir.
Karine Poğosyanı Respublika partiyasının Ararat ərazi şurası rəhbəri vəzifəsində Ararat rayonundan olan Alik Sarkisyan əvəz edəcək. Prezident Serj Sarkisyanın müşaviri Alik Sarkisyan 2008-2011-ci illərdə Ermənistan polisinin rəisi vəzifəsini tuturdu. Bundan əvvəl Alik Sarkisyan 8 il Ararat vilayətinin qubernatoru olub.
Cümə axşamı Ermənistan hökuməti Rubik Abramyanın Ararat vilayətinin qubernatoru vəzifəsindən istefa xahişini təmin edib və bu vəzifəyə həmin vilayətin Avşar kəndində anadan olmuş sabiq təbiətin müdafiəsi naziri Aramais Qriqoryanı təyin edib. Araramais Qriqoryan daha əvvəl, 2013-2014-cü il müddətində də Ararat vilayətinə başçılıq edib. Partiya üzvü deyil.
Jurnalistlər üçün brifinq zamanı yeni qubernator bu vəzifəyə həm prezident, həm baş nazirin təklifi ilə təyin edildiyini, lakin seçkilərdə "Respublika partiyasının qələbəsini təmin etmək şərti" qoyulmadığını bildirib. Yeni qubernator əmin edib ki, sələfinin komandasında "kadr poqromu" etmək niyyətində deyil, "professionallar öz yerlərində qalacaq".
Sentyabrda istefa vermiş baş nazir Ovik Abramyan yanvarın sonunda hakim partiyadan çıxdığını bəyan edib, lakin siyasi fəaliyyətinə xitam vermək niyyətində olmadığını bildirib.
Bəzi təhlilçilər Ovik Abramyanın qudası Qaqik Tsarukyanın faktiki rəhbərlik etdiyi Firavan Ermənistan Partiyası ətrafında formalaşmaqda olan seçki blokuna qatılacağını ehtimal edir.Bu blokda Robert Köçaryan və Serj Sərkisyan hökumətində yüksək vəzifə sahibi olan şəxslər və imkanlı biznesmenlər təmsil olunur. Lakin sabiq baş nazir apreldə gözlənilən seçkilərdə iştirak edib-etməyəcəyi, hansı seçki blokuna qoşulmaq fikrində olduğunu deməyib.
Hakim partiyada sabiq partiya sədri müavininin ünvanına sərt ifadələr səslənmir və onun oğlu Arqam Abramyan, vəzifədən çıxarılacağı haqqında şayiələrə baxmayaraq, hələlik Artaşat şəhərinin meri vəzifəsində qalmaqdadır. (BBC)
MediaFax