Referenduma “hə” deyən sənət adamları - Sorğu

Bildiyimiz kimi, sentyabrın 26-da Azərbaycanda Referendum keçiriləcək.

Bəs sənət adamları və tanınmış şəxslər referendumla bağlı nə düşünür? Onlar referendumda iştirak edəcəkmi?

Mediafax.Az müxtəlif sənət adamları arasında keçirdiyi sorğunu təqdim edir: 

Muğam İfaçısı, Əməkdar müəllim Qəzənfər Abbasov: "Referendum dövlət tərəfindən keçirilir. Biz də bu seçkidə mütləq iştirak etməliyik”. 

Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmədov: "Referedumda iştirak edəcəm.  47 saylı Mingəçevir Ərazi seçki dairesinin 18 saylı məntəqəsi Mingəçevir Dövlət Dram Teatrında yerləşir və orada məsul şəxs kimi iştirak edəcəm”.
 
Bəstəkar Salman Qənbərov: "Mən bu seçkidə yüz faiz iştirak edəcəm. Referendumda konstitusiyaya ediləcək dəyişikliyə əla baxıram”.

Rəssam Nəvai Mətin: "Yox, mən referendumda iştirak etməyəcəm, çünki həmin günü Azərbaycanda olmayacam. Referendumun keçirilməsini müsbət qarılayıram. Dünyanın bir çox ölkələrində vitse-prezident postu var”.

Kamança ifaçısı Mehri Əsədullayev: "Hər bir vətəndaş kimi mən də iştirak edəcəyəm”.

Şairə Nazilə Səfərli: "Əlbəttə, bu mənim vətəndaşlıq borcumdur”.

Müğənni və rəqqasə Sevda Sanəliyeva: "Əlbəttə, biz mütləq bu referendumda iştirak etməliyik”.

MediaFax