Sən də amerikalıları ölkədən çıxart - Lavrov Putinə təklif etdi

Rusiya Xarici İşlər Nazirliyi prezident Vladimir Putinə ABŞ səfirliyinin 31 diplomatını və Sankt-Peterburqdakı baş konsulluğun 4 əməkdaşını ölkədən çıxarmağı təklif edib.
 
"RİA Novosti”nin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
 
O hesab edir ki, ABŞ tərəfinin hərəkəti cavabsız qalmamalıdır.
 
Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib./APA/

MediaFax