Uzun müddətdir ki, sosial şəbəkələrdə Türkiyənin müxtəlif şəhərlərində dükan və kafelərin patriotik ruhlu elanlarına rast gəlirik.
Bu elanlara əsasən, sözügedən kafe və dükanların xidmətindən şəhid övladları pulsuz faydalana bilər.
Bu gün səhər saatlarında Lənkəran şəhərində fəaliyyətə başlayan şirniyyat dükanının pəncərəsinə vurulan elan diqqətimizdən yayınmadı:
"Şəhid övladlarına tort məmulatları pulsuzdur. Hesab ataları tərəfindən ödənib".
İlk baxışdan bu elan içində vətən sevgisi olan hər bir azərbaycanlının sarı siminə toxunur. Məsələnin nə dərəcədə real olduğunu araşdırdıq.
Dükanın sahibi, Lənkəran şəhər sakini Nazim Əkbərovla əlaqə saxladıq. O, qardaşı ilə bu addımı atdığını bildirdi. Nazimin fikrinə görə, bu onun və ailəsinin şəhidlər qarşısında borcudur. Dükandan istənilən şəhid övladı ilə yanaşı imkansızlar da pulsuz faydalana bilər.
Amma Nazim nə ünvan, nə də başqa məlumat verdi. Yəqin artıq məlumatı lazımsız reklam saydığı üçün.../ölkə.az/
MediaFax