Aprel döyüşlərində şəhid olan Əlizamin İslamovun anası Hürnisə Kərimovanın Zabratda yerləşən evi hələ də təmir olunmayıb.
Bu barədə saytımıza şəhid anası özü məlumat verib. Bildirib ki, məsələni mətbuata çıxarmasından sonra aidiyyəti qurumlar gəlib evlə maraqlansa da, heç bir nəticə yoxdur: "O vaxtdan heç kim gəlib maraqlanmır. Özüm necə dəfə müraciət etmişəm. Amma gəlib maraqlanan yoxdur. Zəng vuranda da bu gün və ya sabah gələcəklərini deyirlər. Dünən də İlqar Süleymanovla danışdım. Yenə gəlib təmir etdirəcəklərini söyləyir. Ancaq həmişəki kimi gəlib təmir etmirlər. Sadəcə evi təmir edəcəklərini sözdə deyirlər”.
Zabrat kənd bələdiyyəsinin sədri İlqar Süleymanov məsələylə bağlı saytımıza açıqlamasında bildirib ki, xanım Bakıda yoxdur deyə evin təmiri qalıb: "Ümumiyyətlə, onun evinin təmir olunması ilə bağlı tapşırıq var. Bu səbəbdən evin təmir olunmaması mümkün deyil”./bakipost.az/
MediaFax