Şəhid ailəsinin icra başçısından şikayəti var

Şamaxı Rayon İcra Hakimiyyəti aprelin 2-də Seysulan istiqamətində şəhid olmuş Nazim Zəkəryayevin ailəsinə torpaq sahəsi vermir.
 
Bu barədə saytımıza şəhidin atası Nadir Zəkəryayev məlumat verib. Nadir Zəkəryayev bildirib ki, əkin-biçinlə məşğul olmaq üçün torpaq sahəsi almaq məqsədilə Şamaxı Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, rədd cavabı alıb: "İcra hakimiyyəti torpaq verməkdən boyun qaçırır. Öncə sənə torpaq olmaz, sonra da torpağın olmadığını deyirlər. Mətbuata müraciət etsəm də, icra hakimiyyəti bizimlə maraqlanmadı. Torpaq verməkdən boyun qaçırırlar. Özlərinin min hektarlarla torpaqları var. Amma bizə gələndə əkib-becərmək üçün 2 hektarlıq torpağı icarəyə vermirlər. Onlara bizə torpaq vermək sərf eləmir. Torpağı satıb özləri üçün çörək pulu edirlər. Varlanmaq üçün torpaqları satıb yeyirlər. Amma mənim balam bizim üçün deyil, onlar üçün şəhid olub. Bir şəhid ailəsi olaraq bizimlə maraqlanmırlar. Heç demirlər ki, hardasan, neynirsən, nə iş görürsən. Bizə qarşı laqeydlik edirlər”.

Şəhid atası problemi mətbuatda işıqlandırıldan sonra Şamaxı rayon Məşğulluq Mərkəzinin onlarla maraqlandığını vurğulayıb: "Məşğulluqdan gəlib oğlumu kursa apardılar. Həmin kursda oğluma mal-qaraya necə qulluq edilməli olduğu və baxılması öyrədiləcək. Yanvar ayında isə təsərrüfatla məşğul olmağımız üçün mal-qara verəcəklər. Amma hələ ki bir şey yoxdu".

Şamaxı Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı hər hansı münasibət bildirməyib./bakipost.az/

MediaFax