Şəhərin əhalisi köçürüldü - Bomba tapıldı

Yunanıstanın Saloniki şəhərində 250 kq-lıq II Dünya müharibəsinə aid ingilis aviabombası tapılıb.

Aviabomba yanacaqdoldurma stansiyasında təmir işləri ilə əlaqədar qazıntı aparılarkən aşkar edilib.

Bomba tapılan ərazidən 2 km radiusda yaşayan əhali ərazidən uzaqlaşdırılır. Mütəxəssislər partladıcını ərazidən xüsusi qurğularla götürərək, uzaq paliqonda zərərsizləşdirəcəklər./aznews.az/

MediaFax