Rusiya səfiri Andrey Karlovu qətlə yetirən Mövlud Mərt Altıntaşın atasının ilkin ifadəsi ortaya çıxıb.
Türkiyə mətbuatı xəbər verir ki, Mərt Altıntaşın atası İsrafil Altıntaşın verdiyi ifadəyə görə oğlu Sökə bölgəsində FETÖ-nun maliyyələşdirdiyi "Körfəz” kurslarında təhsil alıb.
Mərt Altıntaşın təhsil xərclərini isə hazırda axtarışda olan iş adamı Şahin İlgi ödəyib.
Şahin Bilgi və ona yaxın olan insanların hər biri FETÖ qruplaşmasının üzvüdürlər.
Qeyd edək ki, Ötən gün Rusiya səfiri Andrey Karlov Ankarada polis məmuru Mövlud Mərt Altıntaş tərəfindən qətlə yetirilib./bakipost.az/
MediaFax