Səfirin qatilini niyə öldürdülər?

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu qətlə yetirən Çevik Polis Alayının zabiti Mövlud Mərd Altındaşın hansı səbəbdən öldürüldüyü məlum olub.

Təhlükəsizlik qüvvələrindəki etibarlı mənbədən Xəbər 7-yə verilən məlumata görə, hadisə baş verən zaman səfir ağır yaralı olub:

"Yaralı Karlovu dərhal xəstəxanaya aparmaq lazım idi. Bunun üçün çox sürətlə hərəkət etdik. Qatili vurmaqdan başqa çarəmiz yox idi. Əgər cinayətkarın gülləsinin bitməsini gözləsəydik və onun təslim olmasını tələb etsəydik, Karlovu xilas etməyi düşünməməliydik. Təcili müzakirə apardıq və lazım olanı etdik”.

Qeyd edək ki, səfirə sui-qəsdin arxasında dayanan qüvvəni üzə çıxarmaq üçün qatilin sağ olaraq ələ keçirilməsinə cəhd edilib./axar.az/

MediaFax