Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridisin qətlini xanımı Fransuaza Amiridis sifariş edib.
O, cinayəti törədənlərdən birinə 80 min real (təxminən 25 min dollar) ödəyəcəyinə söz verib.
Bu barədə cümə günü təşkil olunan mətbuat konfransında Rio-de- Janeyro polis müstəntiqi Pontes Maqalyais deyib. O, bunu saxlanılanların ifadəsi əsasında söyləyib.
Bundan əlavə saxlanılan hərbi polis Serjiu Moreyrı Filyo ilə Fransuaza Amiridis arasında gizli eşq münasibətinin olduğuda məlum olub. O, səfirin xanımına olan sevgisini və cinayəti törətdiyini etiraf edib.
Öldürülən səfirin xanımı Fransuaza isə cinayətdə günahının olmadığı bildirib. Onun sözlərinə görə, hadisə barədə yalnız ertəsi gün qonaq otağındakı divanın üstündə qan ləkələrini görəndə bilib. Bununla belə qadın sevgilisini ələ verməmək qərarına gəlib. Bundan başqa, səfirin xanımı diplomat onu dəfələrlə döydünü bildirib.
Rio-de-Janeyro məhkəməsi hər üç şübhəlinin saxlanmasına order verib. Onlar ən azı 30 gün həbs qalacaqlar.
Faktla bağlı araşdırmalar davam edir./qafqazinfo.az/
MediaFax